...

Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Sentyabr 2010 10:13 (UTC +04:00)
Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir T.Hacıyev/

Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəs rejimini pozub. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 22-də saat 17:10-dan 17:20-dək Ermənistan Respublikası Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Qazax rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi;

- saat 19:00-dan 19:20-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 23:30-dan 23:50-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 23:30-dan 23:50-dək Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;

- sentyabrın 23-də saat 04:30-dan 04:40-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 04:28-dən 04:40-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti