...

Təsadüfi deyil ki, "WikiLeaks"in sənədləri diqqəti Cənubi Qafqaz süjetlərinə yönəldib – Aleksey Vlasov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2010 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Təsadüfi deyil ki, "WikiLeaks"in sənədləri ATƏT-in sammiti ərəfəsində diqqəti Cənubi Qafqaz süjetlərinə yönəldib. Rusiyanın "Vestnik Kavkaza" analitik mərkəzinin baş redaktoru, Moskva Dövlət Universitetinin Tarix fakültəsinin dekan müavini Aleksey Vlasov belə düşünür.

"Azərbaycana təzyiq göstərmək alınmadı, lakin Dağlıq Qarabağ nizamlanması üzrə əsas sənədin müzakirəsi zamanı əlavə problemlər yaratmaq olar. Burada karvan və itlə bağlı atalar sözünü xatırlamaq yəqin ki yaxşı olardı. Belə konkret halda bəşər övladına məlum olan başqa nüsxə hələ ki icad edilməyib", - Trend-in Ekspert Şurasının üzvü Vlasov agentliyə müsahibəsində bildirib.

ABŞ-ın müxtəlif ölkələrdəki diplomatik missiyalarından 250 min məxfi diplomatik məktub və teleqram "WikiLeaks" saytı tərəfindən "New York Times"a və bir sıra ABŞ və Avropa KİV-lərinə ötürülüb.

"Tam məxfi" qrifinin olduğu sənədlərdə Prezident Barak Obama adminstrasiyasının böhran və münaqişələrlə bağlı yazışmasının detalları açıqlanır, ABŞ diplomatlarının müsəlman ölkələrinin prezidentləri və Avropa liderləri haqqında kəskin fikirləri səslənir, güya müxtəlif ölkələrin liderlərinin ABŞ-ın dövlət qulluqçuları ilə apardıqları şəxsi söhbətlər və dövlət katibi Hillari Klintonun Təhlükəsizlik Şurasının Rusiya, Çin, Fransa və Böyük Britaniyadan olan üzvlərinin izlənilməsinin təşkil edilməsi barədə sorğusu yer alır.

ATƏT-in sammiti dekabrın 1-2-də Astanada keçiriləcək. Orada ATƏT üzvü olan 56 ölkənin və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları iştirak edəcək. Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi planlaşdırılır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Vlasovun fikrincə, məsələ çox güman ki "WikiLeaks"in yaradıcılarının istifadə etdikləri müasir texnologiyalarda yox, müttəfiqlərin arasına nifaq salmaq və ümumi dil tapanlar arasında düşmənçilik toxumu səpmək istəyən sadə insani zəiflikdədir.

"Diqqətəlayiqdir ki, dərc edilən sənədlərin çoxu Cənubi Qafqaz və Xəzər mövzusuna aiddir, eləcə də Cənubi Qafqaz ölkələrindən seçim Azərbaycan mövzusu üzərində edilib, bu isə mənə heç də təsadüfi gəlmir", - politoloq hesab edir.

"Moskva və Bakı arasında müşahidə edilən yaxınlaşma və Bakı ilə Ankara arasında daha intensiv dialoq şəraitində. Kim üçünsə bu üçbucaq çox ciddi təhlükə törədir. Və mənə elə gəlir ki, ABŞ diplomatiyası məxfi sənədlərin sızmasına görə o qədər də narahat deyil, çünki indi 10 faiz həqiqətin üzərinə 90 faiz yalan atmaq üçün gözəl imkan yaranıb", - Vlasov qeyd edib.

Onun sözlərinə görə, buna görə də Azərbaycan tərəfinin nümayiş etdirdiyi reaksiya tamamilə haqlıdır və Dmitri Medvedevin mətbuat xidmətindən bildirilən ilkin fikirlərlə çox oxşardır.

"Mən dünya liderlərinin yerində olsaydım razılaşardım, halbuki bu vəzifə praktiki yerinə yetirilən deyil, lakin hər halda biz bu hərəkətləri informasiya terrorizmi kimi qəbul edirik, ya da "çirkin paltar"da zövqlə vurnuxmağa başlayırıq", - politoloq qeyd edib.

Burada məsələ söz azadlığında və ya onun olmamasında deyil", - Vlasov qeyd edib.

Onun sözlərinə görə, bir qrup şəxsin bütün dünyanı "asılmış" vəziyyətdə saxlamasına imkan vermək olmaz.

"WikiLeaks"in materialları bir daha sübut edir ki, dünya liderləri arasında münasibətlərdə əsas faktor böyük geosiyasi oyunda mürəkkəb kombinasiyaların cərəyan etməsi fonunda olan psixoloji mühitdir", - ekspert əlavə edib.

"İstənilən şəxsi münasibətin əsasında söz var. Və halbuki bizi öyrədiblər ki, yoxlanılması mümkün olmayan üçüncü əldən ötürülən şübhəli şayiələrə deyil, şəxsi görüş zamanı yalnız deyilənə inanmaq lazımdır. Böyük siyasətçilər də sadə insanlar kimi ehtiyatsız deyilən ifadənin təsiri altına düşüblər", - Vlasov bildirib.

Xəbər lenti

Xəbər lenti