...

Rusiya XİN-nin rəhbəri öz azərbaycanlı və erməni həmkarları ilə yanvarda görüşməyə ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Dekabr 2010 08:17 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlamasına dair növbəti görüşü öz azərbaycanlı və erməni həmkarları ilə yanvar ayında keçirməyə ümid edir. Bunu o, "Rossiya-24" telekanalına müsahibəsində bildirib.
Rusiya XİN-nin rəhbəri öz azərbaycanlı və erməni həmkarları ilə yanvarda görüşməyə ümid edir

Azərbaycan, Bakı, 31 dekabr /Trend/

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlamasına dair növbəti görüşü öz azərbaycanlı və erməni həmkarları ilə yanvar ayında keçirməyə ümid edir. Bunu o, "Rossiya-24" telekanalına müsahibəsində bildirib.

Üç nazirin sonuncu görüşü dekabrın 9-da Moskvada baş tutub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti