...

Sudanın cənubunun ayrılması ilə bağlı keçirilən referendum Azərbaycan üçün presedent ola bilməz - Prezident Administrasiyasının şöbə müdiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Yanvar 2011 20:04 (UTC +04:00)
Sudanın cənubunun ayrılması ilə bağlı keçirilən referendum Azərbaycan üçün presedent ola bilməz. Bunu Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Sudanın cənubunun ayrılması ilə bağlı keçirilən referendum Azərbaycan üçün presedent ola bilməz - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir M.Əliyev/

Sudanın cənubunun ayrılması ilə bağlı keçirilən referendum Azərbaycan üçün presedent ola bilməz. Bunu Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Bu, Sudan xalqının qəbul etdiyi qərardır, Dağlıq Qarabağ isə Azərbaycanın tərkib hissəsidir, Dağlıq Qarabağdakı əsas əhali oradan didərgin salınıb, orada yalnız erməni əhalisi qalıb. Bu səbəbdən Dağlıq Qarabağın taleyinin müəyyən olunması referenduma çıxarıla bilməz", - Həsənov vurğulayıb.

Ermənistanda bəzi siyasi dairələrdə bu fikirdədirlər ki, Sudanda keçirilən referendum Dağlıq Qarabağ probleminin həllində presedent ola bilər.

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, bu məsələ o halda referenduma çıxarıla bilər ki, Dağlıq Qarabağın bütün əhalisi yerinə qayıtsın, onların əksəriyyətinin rəyi nəzərə alınaraq gələcəkdə bu ərazinin taleyi müəyyən olunsun.

PA rəsmisi qeyd edib ki, beynəlxalq hüququn prinsiplərinə görə, heç bir ölkənin özünün icazəsi olmadan onun ərazisi başqa dövlətə verilə bilməz, onun ərazisində başqa hüquqi rejim yaradıla bilməz.

"Azərbaycan beynəlxalq hüququn mövcud çərçivə və normalarından istifadə edərək bu münaqişənin həlli ilə bağlı ən doğru addımları atır", - Həsənov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti