...

Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisidir – Şimali Kipr Parlamentinin üzvü

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Yanvar 2011 12:27 (UTC +04:00)
Dağlıq Qarabağ və Kipr problemini müqayisə etmək olmaz. Keçmiş baş nazir, sabiq turizm naziri, Parlamentin üzvü, Şimali Kipr Demokrat Partiyasının lideri Sərdar Denktaş belə hesab edir.
Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisidir – Şimali Kipr Parlamentinin üzvü

Kipr, Nikosiya, 21 yanvar /Trend, xüsusi müxbir Т.Konyayeva/

Dağlıq Qarabağ və Kipr problemini müqayisə etmək olmaz. Keçmiş baş nazir, sabiq turizm naziri, Parlamentin üzvü, Şimali Kipr Demokrat Partiyasının lideri Sərdar Denktaş belə hesab edir.

"Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisidir, halbuki Kipr yunan və türklər üçün ümumi yaşayış yeridir. 1976-cı ildə imzalanmış müqavilədən sonra cənubda yaşayan türk-kiprlilər şimala, yunanlar isə cənuba köçüblər. Biz bu torpaqları işğal etməmişik", - o, jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminə gəldikdə isə, söhbət Azərbaycan torpaqlarının işğalı və əhalinin yaşadığı yerlərdən sürgün edilməsindən gedir.

"Bu problemlər arasında yeganə ümumi cəhət Türkiyə və Azərbaycanın öz problemləri barədə dünya ictimaiyyətini məlumatlandırmağa cəhd göstərməsidir", - o, deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti