...

Dağlıq Qarabağ münaqişəsinin həllinin nəzəri prinsiplərinin hazırlanması Azərbaycanın dinc nizamlama yoluna sadiqliyini sübut edir - Londondakı səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2011 10:56 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi həllinin nəzəri prinsiplərinin hazırlanması Azərbaycan xalqının münaqişənin dinc nizamlama yoluna sadiqliyini sübut edir.
Dağlıq Qarabağ münaqişəsinin həllinin nəzəri prinsiplərinin hazırlanması Azərbaycanın dinc nizamlama yoluna sadiqliyini sübut edir - Londondakı səfir

Böyük Britaniya, London, 4 mart /Trend , müxbir A.Qasımova/

Dağlıq Qarabağ münaqişəsi həllinin nəzəri prinsiplərinin hazırlanması Azərbaycan xalqının münaqişənin dinc nizamlama yoluna sadiqliyini sübut edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov bildirib.

Londonda Lordlar Palatasında "Azərbaycanın postmünaqişə ərazilərinin reabilitasiyasının konseptual əsasları" kitabının təqdimatı keçirilib.

Kitabın müəllifləri "Qafqaz və Qloballaşma" jurnalının baş redaktoru Nazim Müzəffərli və Qafqaz Strateji Araşdırmaları İnstitutunun (ISSC) rəhbəri Eldar İsmayılovdur.

Qurbanovun sözlərinə görə, istənilən münaqişənin həlli üçün həll prosesinin əsas nəzəri əsasları həyati əhəmiyyətə malikdir.

"Kitabın müəllifləri məlumatların toplanması və təhlili üzrə böyük iş görüblər. Beynəlxalq münasibətlər və hüquq üzrə mütəxəssislər, akademiklər münaqişələrin həlli üzrə yüzlərlə kitab yazıblar. Mən çox şadam ki, iki azərbaycanlı müəllif Dağlıq Qarabağ münaqişəsi haqqında kitab yazıb", - səfir deyib.

Səfirin sözlərinə görə, kitab siyasətçilər, beynəlxalq münasibətlər üzrə müətəxəssislər, Cənubi Qafqaz üzrə ekspertlər, eləcə də münaqişələri öyrənən tələbələr üçün faydalı olacaq.

Qurbanovun sözlərinə görə, kitabın təqdimatı Britaniya-Azərbaycan Biznes Şurasının həyata keçirdiyi çoxsaylı layihələrdən biridir. "Ümidvaram ki, Şura Azərbaycanın Britaniyada təmsil edilməsinə yönəlmiş layihələrə dəstəyi davam etdirəcək", - səfir əlavə edib.

Xəbər lenti

Xəbər lenti