...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında elə bir məqam gəlib ki, Rusiya təşəbbüsü öz əlinə almalıdır - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Mart 2011 19:43 (UTC +04:00)
İndi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında elə bir məqam yetişib ki, Rusiya təşşəbbüsü öz əlinə alaraq tərəfləri addım-addım sülh sazişinə aparmalıdır.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında elə bir məqam gəlib ki, Rusiya təşəbbüsü öz əlinə almalıdır - XİN

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir S.Ağayeva/

İndi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında elə bir məqam yetişib ki, Rusiya təşşəbbüsü öz əlinə alaraq tərəfləri addım-addım sülh sazişinə aparmalıdır. Trend-in məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri dördüncü departamentinin direktoru Andrey Kelin belə düşünür.

"Son müddət ərzində Prezident Medvedev artıq altı görüş keçirib və digərləri də planlaşdırılır. Bu görüşlərin hər birinə hazırlıq işlərinə isə şəxsən xarici işlər naziri Sergey Lavrov rəhbərlik edir. Çünki məhz o, ideyanın təşəbbüskarıdır", - Kelin "Rusiyanın səsi"nə ("Голос России") müsahibəsində deyib.

Onun sözlərinə görə, söhbət nizamlanma prinsiplərinin hazırlanmasından gedir.

"İndi vəziyyət belədir. Bir zamanlar Madrid prinsipləri hazırlanıb. O vaxtdan bu prinsiplər kifayət qədər dəyişib. Lakin biz bir zamanlar Minsk qrupu vasitəçilərinin, yəni Rusiya, Fransa, Birləşmiş Ştatlardan olan vasitəçilərin təklif etdikləri məhz həmin planla gedirik. Onlar ilk variantı tərtib ediblər. Və bundan sonra rəhbərlərimiz konkretləşdirməyə çalışırlar və kifayətə qədər səmərəli işləyirlər. Bu, çox zəhmət tələb edən işdir. Həqiqətən birgə görüşlər keçirilir ki, kiçik xülasələr tədricən aradan qaldırılsın. Lakin bu iş şübhəsiz ki, lazımlı işdir. O, mütləq yerinə yetirilməlidir", - o qeyd edib.

Kelinin sözlərinə görə, sərhədlərdə gərginlik adamı qorxudur. "Bu eskalasiya dayandırılmasa, xoşagəlməz variantlar mümkündür. Buna görə də biz bunun olmaması üçün əlimizdən gələni edirik", - o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti