...

Türkiyənin paytaxtı Ankarada Xocalı soyqırımına həsr olunmuş abidə inşa olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Mart 2011 22:28 (UTC +04:00)
Ankaranın Keçiörən bələdiyyəsinin sədri Mustafa Akının da daxil olduğu Türkiyə nümayəndə heyəti çərşənbə axşamı Quba məzarlığını ziyarət edib. Onları millət vəkilləri Qənirə Paşayeva, Vahid Əhmədov və Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibov müşayiət edib.
Türkiyənin paytaxtı Ankarada Xocalı soyqırımına həsr olunmuş abidə inşa olunacaq

Azərbaycan, Bakı, 29 mart /Trend /

Ankaranın Keçiörən bələdiyyəsinin sədri Mustafa Akının da daxil olduğu Türkiyə nümayəndə heyəti çərşənbə axşamı Quba məzarlığını ziyarət edib. Onları millət vəkilləri Qənirə Paşayeva, Vahid Əhmədov və Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibov müşayiət edib. Qonaqlar ilk dəfə belə bir vəhşilik nümunəsilə qarşılaşdıqlarını və gördüklərindən dəhşətə gəldiklərini dilə gətiriblər.

Millət vəkili Qənirə Paşayeva isə deyib ki, Ankaranın Keçiörən bələdiyyəsinin ərazisində Azərbaycan parkı yaradılacaq. Bu parkda Xocalı soyqırımı əks etdirən abidə də inşa olunacaq. Qənirə Paşayeva bildirib ki, həmin ərazini hər il minlərlə insan ziyarət edir.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti