...

Azərbaycan Müdafiə Nazirliyi: Cəbhə xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2011 10:18 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.
Azərbaycan Müdafiə Nazirliyi: Cəbhə xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 21-də saat 16:10-dan 16:50-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 13:35-dən 13:50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən üzbəüz mövqelərimizi atəşə tutub.

Eyni zamanda, həmin gün 18:25-dən 18:27-dək və 22:50-dən 22:55-dək Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən, 22:50-dən 22:55-dək və 23:40-dan 23:45-dək Ağdam rayonunun Cəvahirli və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və iri çaplı pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti