...

Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq birliyin dəstəyi ilə həll oluna bilər - Almaniya səfiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2011 08:00 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həlli yalnız beynəlxalq birliyin dəstəyi ilə mümkün ola bilər. Bu barədə Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelle 3 oktyabr - Alman Birliyi Günü ərəfəsində Trend-ə müsahibəsində bildirib.
Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq birliyin dəstəyi ilə həll oluna bilər - Almaniya səfiri

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir A.Bədəlova/

Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həlli yalnız beynəlxalq birliyin dəstəyi ilə mümkün ola bilər. Bu barədə Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelle 3 oktyabr - Alman Birliyi Günü ərəfəsində Trend-ə müsahibəsində bildirib.

"Beynəlxalq birliyin fikri bu dəstəyin formalaşmasında əsas rol oynayacaq", - səfir deyib.

Onun sözlərinə görə, Almaniya, eləcə də bütövlükdə Avropa İttifaqı bu münaqişənin həllində maraqlıdır.

"Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik. Eyni zamanda, danışıqların ATƏT-in Minsk qrupu formatının mövcudluğu faktını qəbul etməliyik. Və heç kim bu formatı pozmaq istəmir", - səfir deyib.

Diplomatın sözlərinə görə, Aİ və Almaniyanı daha çox davam etməkdə olan danışıqlar ətrafında bu münaqişənin həllinə kömək edə biləcək müəyyən çərçivənin yaradılmasına hansı şəkildə yardım edə bilmələri düşündürür.

"Əminəm ki, Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi yaxın vaxtlarda təkliflə çıxış edəcək", - Kvelle deyib.

O, Azərbaycan tərəfinin maraqlarına dəstək göstərmək üçün istənilən konkret xahişə baxmağa hazır olduğunu qeyd edib.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il mayın 27-də bir daha qeyd etdiyi demokratikləşmədə gələcək irəliləyişlərin ölkənin qlobal imici üçün çox müsbət olacağına da əminliyini ifadə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

İqtisadi və siyasi sahələrdə münasibətlər

Kvellenin sözlərinə görə, Almaniya ilə Azərbaycan arasında münasibətlər bütün sahələrdə tarixən dostluq xarakteri daşıyıb.

İqtisadi münasibətlərə gəldikdə, səfir deyib ki, ölkələr Bakıda birgə Sənaye və Ticarət Palatasının yaradılması üzrə danışıqların tamamlanması mərhələsindədirlər.

Palata alman-Azərbaycan biznesini dəstəkləyəcək və gələcəkdə Almaniyanın Azərbaycandakı iştirakını və mövqeyini möhkəmləndirəcək.

"Bakı Almaniya avtomobilləri və digər məhsullar üçün yetərincə cəlbedici bazardır. Mən Almaniya tərəfdən daha çox birbaşa maliyyə investisiyalarını görmək istərdim", - sdiplomat deyib.

Siyasi münasibətlərə gəldikdə, onun sözlərinə görə, Almaniya Qərbi Avropanın İkinci Dünya müharibəsinin başa çatdığı andan istifadə etdiyi dəyərlər sisteminin, eləcə də insan haqları, demokratiya, qanunun aliliyi və bazar iqtisadiyyatının tətbiqi üzrə Azərbaycanın səylərini tam dəstəkləyir.

"Aİ və ona daxil olan ölkələr, eləcə də Almaniya bütün bu məsələlər üzrə daim dialoq aparır. Mənə elə gəlir ki, gələcəkdə bu dialoq aktivləşəcək", - Kvelle deyib.

İkitərəfli görüşlərə gəldikdə, səfir bildirib ki, oktyabrda bu il Berlində yaradılan ticarət və investisiyalar üzrə işçi qrupun iclası keçiriləcək. Görüş yenə Berlində təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti