...

Dağlıq Qarabağın azərbaycanlı icması erməni icmasına çağırış edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Noyabr 2011 11:44 (UTC +04:00)
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov Dağlıq Qarabağda yaşayan erməniləri Azərbaycan vətəndaşları kimi Azərbaycanın Konstitusiyasına hörmətlə yanaşmağa və Azərbaycan xalqının bugünkü firavan həyatını bölüşməyə çağırıb.
Dağlıq Qarabağın azərbaycanlı icması erməni icmasına çağırış edib

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir M.Əliyev/

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov Dağlıq Qarabağda yaşayan erməniləri Azərbaycan vətəndaşları kimi Azərbaycanın Konstitusiyasına hörmətlə yanaşmağa və Azərbaycan xalqının bugünkü firavan həyatını bölüşməyə çağırıb.

Trend-in məlumatına görə, Səfərov cümə axşamı jurnalistlərə bildirib ki, Azərbaycanın iqtisadiyyatının inkişafından, firavan həyatından Dağlıq Qarabağda yaşayan ermənilər də istifadə edə bilərlər.

"Azərbaycan Konstitusiyasına hörmət etmək şərtilə Azərbaycanın var-dövlətini bizimlə bərabər onlar da bölüşsünlər. İstəmirlərsə, Həkəri çayından o biri tərəfə adlasınlar", - İB sədri deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti