...

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Dekabr 2011 10:48 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 22-də saat 13.30-dan 13.35-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar
Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 23 dekabr/Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 22-də saat 13.30-dan 13.35-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, saat 15.20-dən 15.25-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 15.20-dən 15.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.25-dən 20.45-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.20-dən 20.45-dək və dekabrın 23-də 02.00-dan 02.30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti