...

Almaniyada Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş kitab nəşr olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Yanvar 2012 13:34 (UTC +04:00)
Almaniyada Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş kitab nəşr olunub.
Almaniyada Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş kitab nəşr olunub

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir E.Mehdiyev/

Almaniyada Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş kitab nəşr olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Almaniyada Xocalı soyqırımından bəhs edən kitab və almanca-azərbaycanca sözlük nəşr edilib.

Məlumatda qeyd olunur ki, Xocalı faciəsi haqqında 242 səhifəlik kitabın müəllifi Rolf Kunshdur. Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin səyi sayəsində ərsəyə gələn kitabda Xocalı soyqırımı barədə ətraflı məlumat verilib, erməni vandallarının dinc azərbaycanlılara qarşı törətdiyi qətliam insanlığa qarşı cinayət kimi səciyyələndirilib.

Berlində yaşayan həmyerlimiz, Alman-Azərbaycan Akademiklər Cəmiyyətinin sədri, professor Əhməd Ümid Yazdaninin müəllifliyi ilə 900 səhifəlik, 45 mindən artıq söz və ifadədən ibarət "Almanca-Azərbaycanca sözlük" də işıq üzü görüb.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndindən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Xəbər lenti

Xəbər lenti