...

Medvedev və Sarkisyan ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2012 12:35 (UTC +04:00)
Rusiya Prezidenti Dmitri Medvedev və Ermənistanın dövlət başçısı Serj Sarkisyan bazar ertəsi ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər.
Medvedev və Sarkisyan ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Rusiya Prezidenti Dmitri Medvedev və Ermənistanın dövlət başçısı Serj Sarkisyan bazar ertəsi ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

"Burada, Soçidə, dağlarda səmimi görüşlər ənənəsi yaranıb. Mən bunda bir sıra xeyirxahlıq rəmzləri görürəm", - söhbəti açan Rusiyanın dövlət başçısı deyib.

Medvedev ötən ilin əmtəə dövriyyəsi baxımından pis başa çatmadığını, ölkələr arasında işgüzar əlaqələrin inkişaf etdiyini xatırladıb. "Biznes bizim bütün əlaqələrimizin əsas məzmununu təşkil edir", - Rusiya Prezidenti qeyd edib.

O, ikitərəfli əlaqələrlə yanaşı, regional problemləri də müzakirə etməyi təklif edib. "Eləcə də bu regionda bir sıra asan olmayan çağırışlar var", - o qeyd edib.

Liderlər daha sonra Dağlıq Qarabağ nizamlanmasının gedişini Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə müzakirə edəcəklər. Öz növbəsində Sarkisyan belə görüşləri "çox faydalı" adlandırıb.

"Dağlıq Qarabağ probleminin həlli üçün göstərdiyiniz səylərə görə çox sağ olun", - o Medvedevə müraciət edib. "Bu görüşlər və bu işə ayırdığınız vaxt vəziyyətə nəzarət etməyə qismən imkan verir", - Ermənistan Prezidenti əlavə edib.

Sarkisyan onu da qeyd edib ki, görüş həmçinin müsbət inkişaf edən ikitərəfli işləri də müzakirə etməyə imkan verir. "Böyük layihələri müzakirə etməyə hazır olduğunuza görə Sizə təşəkkür edirəm", - Ermənistan Prezidenti əlavə edib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın dövlət başçısı Serj Sarkisyan Rusiya liderinin dəvəti ilə Soçiyə səfər ediblər.

Azərbaycan və Ermənistan liderləri 2011-ci il dekabrın əvvəllərində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışqıların aparılması üçün yenidən görüşmək istədiklərini bəyan ediblər. Bu barədə ATƏT Nazirlər Şurasının Vilnüsdə keçirilən görüşünün yekunları üzrə ATƏT-in rəsmi saytında məlumat verilib.

2008-ci ildən etibarən artıq 9 üçtərəfli görüş keçirilib. 2011-ci ildə Rusiya tərəfinin vasitəçiliyi ilə tərəflər iki dəfə - martın 5-də Soçidə və iyunun 24-də Kazanda görüşüblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti