Azərbaycan, Bakı, 23 yanvar /Trend/
Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasını sürətləndirməyə hazır olduqlarını bəyan ediblər.
Rusiya Prezidenti Dmitri Medvedev, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan bazar ertəsi Soçidə üçtərəfli formatda 10-cu görüş keçiriblər. Görüş nəticəsində prezidentlər birgə bəyanat qəbul ediblər. Bu barədə bazar ertəsi Trend RİA Novosti-yə istinadən məlumat verir.