...

Gürcüstanda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı tədbirlərə start verilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Fevral 2012 17:01 (UTC +04:00)
Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) Xocalı soyqırımının 20-ci il dönümü ilə əlaqədar tədbirlərə start verilib.
Gürcüstanda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı tədbirlərə start verilib

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir E.Mehdiyev/

Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbirlərə start verilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, tədbiri açan AMM-in idarə heyətinin sədri Fazil Həsənovun təklifi ilə Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva da tədbirə qatılıb.

"AMM-in Xocalı soyqırımı ilə əlaqədar tədbirlərə start verdiyini eşidəndə, bu ayın, ümumiyyətlə, "Xocalı ayı" kimi dəyərləndirilməsini xəyalımdan keçirtdim. Mən inanıram ki, bu tədbirlər çərçivəsində kəndlərdə, məktəblərdə gənclərlə, şagirdlərlə görüşlər keçiriləcək, onlara soyqırımın tarixi, onun tanıdılması ilə bağlı məlumatlar veriləcək. Xocalı faciəsinin Gürcüstan ictimaiyyətinə çatdırılması olduqca vacidbir, çünki soyqırım bir xalqa qarşı deyil, insanlıq əleyhinə törədilib", - Paşayeva deyib.

O bildirib ki, azərbaycanlılar yaşadıqları ölkənin ictimaiyyətinə bu barədə dolğun məlumat çatdırmalıdırlar.

"Artıq Azərbaycan dövləti bu sahədə mühüm işlər görür. Bunun nəticəsidir ki, Meksika və Pakistan kimi ölkələrdə Xocalı faciəsi soyqırım kimi tanınıb. Biz cinayətkarların həm tarix, həm də ədalət qarşısında cavab verməsinə nail olmalıyıq", - Paşayeva deyib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmisi Vasif Bədəlov çıxışında beynəlxalq miqyasda bəzən ədalətsizliklə üzləşildiyini vurğulayıb.

"Diplomatiyamızın son uğurları münaqişənin haqlı olaraq xeyrimizə həll olunacağına ümid yaradır. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunub-saxlanılması istiqamətində apardığı məqsədyönlü fəaliyyətinə görə Azərbaycanlıların Mədəniyyət Mərkəzinə təşəkkür edirəm", - Bədəlov bildirib.

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Xocalı soyqırımını XX əsrdə insanlığa qarşı törədilmiş vəhşilik adlandırıb. O qeyd edib ki, bu cinayəti törədənlər öz layiqli cəzalarını almalıdır.

1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı soyqırım aktı həyata keçirib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Xəbər lenti

Xəbər lenti