...

İstanbulun Taksim meydanında Xocalı soyqırımının reallıqlarını əks etdirən fotosərgi keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Fevral 2012 09:46 (UTC +04:00)
"Xocalıya Ədalət" kampaniyasının dəstəyi ilə fevralın 17-19-da İstanbulun Taksim meydanında Xocalı soyqırımının reallıqlarını əks etdirən fotolardan ibarət sərgi keçiriləcək.
İstanbulun Taksim meydanında Xocalı soyqırımının reallıqlarını əks etdirən fotosərgi keçiriləcək

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir M.Əliyev/

"Xocalıya Ədalət" kampaniyasının dəstəyi ilə fevralın 17-19-da İstanbulun Taksim meydanında Xocalı soyqırımının reallıqlarını əks etdirən fotolardan ibarət sərgi keçiriləcək.

Trend-in məlumatına görə, şəhidlərimizin ruhu qarşısında borcumuzu az da olsa ödəmək, onların ruhlarını şad etmək və Vətənimizin haqq səsini dünya ictimaiyyətinə duyurmaq məqsədi ilə Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu - ASAIF ilə İslam Konfransı Gənclər Forumu birgə "Xocalıya Ədalət" kampaniyasının dəstəyi ilə 17-19 fevral tarixlərində İstanbul Taksim meydanı Taksim metrosunda Xocalı soyqırımının reallıqlarını əks etdirən fotolardan ibarət sərgi keçiricək. Minlərlə insana soyqırım haqqında broşurlar və kitablar paylanacaq, həmçinin Xocalı filminin nümayişi 3 gün boyunca həyata keçiriləcək.

Bu il dəhşətli Xocalı soyqırımı faciəsindən 20 il ötür. Bu zaman ərzində hər bir azərbaycanlı bu dəhşətli hadisəni yaddaşında "qanlı yaddaş" kimi həkk edib, qorumaqdadır.

Sərginin açılışı Türkiyə və Azərbaycan tərəfindən xüsusi dəvət edilmiş qonaqların iştirakı ilə fevralın 17-də saat 10:00-da həyata keçiriləcək. Xüsusi olaraq qeyd etmək istərdik ki, aksiyanın əsas təşəbbüskarları Türkiyədə təhsil alan azərbaycanlı gənclərdir.

Aksiya haqqında yenilənən məlumatları Facebook-da Hepimiz Hocalili və ya Twitter-də @hepimizhocalili adını izləyərək əldə edə bilərsiniz.

Xocalı soyqırımı haqqında daha geniş məlumat üçün "Xocalıya Ədalət" kampaniyası və ASAIF-in rəsmi veb səhifələri www.justiceforkhojaly.com və ya www.hepimizhocalili.com-a daxil olmağınız kifayətdir.

İstənilən məsələ ilə bağlı suallarınızı və təkliflərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti