Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir S.Ağayeva/
Fransanın məşhur "France 24" televiziya kanalında Xocalı soyqırımı haqqında reportaj nümayiş etdirilib.
Azərbaycanın Fransadakı səfirliyindən cümə günü Trend-ə daxil olan məlumata görə, bu faciəli hadisənin 20 illiyinə həsr edilmiş reportajda qadınlar və uşaqlar daxil olmaqla, 613 azərbaycanlının ermənilər tərəfindən qətlə yetirildiyi bildirilib, Xocalıdan olan bir qadın və 10 yaşı olarkən qırğından sağ çıxmış Anar Usubov bu dəhşətli faciə ilə bağlı xatirələrini bölüşüb və erməni vəhşiliyindən bəhs ediblər.
Habelə, ölkədə 1 milyonadək qaçqının olduğu qeyd edilib və onların mühüm hissəsinin üzləşdiyi ağır həyat şəraitindən bəhs edən təsvirlər verilib.