...

Azərbaycanın millət vəkili Türkiyənin TRT Avaz kanalında Xocalı soyqırımı barədə çıxış edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2012 16:57 (UTC +04:00)
Bu gün Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Necdat Ünüvar Türkiyənin TRT Avaz kanalında canlı yayımının qonağı olublar.
Azərbaycanın millət vəkili Türkiyənin TRT Avaz kanalında Xocalı soyqırımı barədə çıxış edib

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Bu gün Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Necdat Ünüvar Türkiyənin TRT Avaz kanalında canlı yayımının qonağı olublar.

Millət vəkili Qənirə Paşayeva Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk insanı Xocalı soyqırımı və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

"Xocalı soyqırımı, Dağlıq Qarabağ problemi bütün Türk dünyasının problemidir", - Qənirə Paşayeva deyib. Millət vəkili hər kəsi Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə İstanbulun Taksim Meydanında 26 fevral saat 14:00-da keçiriləcək mitinq-yürüşdə iştirak etməyə çağırıb.

"Biz inanırıq ki, bizim bacı-qardaşlarımız fevralın 26-da saat 14:00-da İstanbulda, Taksim Meydanında keçiriləcək "Kalbimizde Hocalı, Hamımız Karabağlıyız" yürüş-mitinqində iştirak edəcək və biz iki qardaş olaraq birlikdə bütün dünyanın diqqətini bir daha Xocalı soyqırımına yönəldərək, birlikdə Xocalıya ədalət tələbi ilə dünyaya səslənəcəyik. Əsl soyqırımı kimlərin törətdiyini artıq görün, deyə", - o deyib.

Eyni zamanda, Paşayevanın Xocalı soyqırımı ilə bağlı fikirləri Türkiyənin "Zaman", "Hürriyyət", "Türkiyə" qəzetlərində də dərc edilib.

Xəbər lenti

Xəbər lenti