...

Taksim Meydanında Xocalı soyqırımı ilə bağlı keçiriləcək yürüş-mitinqə axın başlayıb, şüarlar səsləndirilir (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2012 14:36 (UTC +04:00)
İstanbulun Taksim Meydanında Xocalı soyqırımı ilə əlaqədar keçiriləcək yürüş-mitinqə artıq şəhərin müxtəlif istiqamətlərindən axın başlayıb.
Taksim Meydanında Xocalı soyqırımı ilə bağlı keçiriləcək yürüş-mitinqə axın başlayıb, şüarlar səsləndirilir (FOTO)

Türkiyə, İstanbul, 26 fevral /Trend, müxbir R.Hafizoğlu, K.Zərbalıyeva/

İstanbulun Taksim Meydanında Xocalı soyqırımı ilə əlaqədar keçiriləcək yürüş-mitinqə artıq şəhərin müxtəlif istiqamətlərindən axın başlayıb.

Trend-in İstanbula ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Türkiyə vaxtilə saat 14:00-da (Bakı vaxtilə 16:00) başlayacaq yürüş-mitinqə axışan, əllərində Azərbaycan və Türkiyə bayraqları tutan insanlar artıq indidən "Qarabağa dəstək", "Hamımız xocalılıyıq, hamımız qarabağlıyıq!", "Vətən bölünməz, şəhid ölməz", "Erməni yalanlarına səssiz qalmayaq" şüarları səsləndirirlər.

Yürüş-mitinqlə bağlı şəhər polisi gücləndirilmiş iş rejiminə keçib, təhlükəsizlik tədbirləri görüb.
Taksim Meydanına artıq şəhərin müxtəlif istiqamətlərindən kütlə axışır.

Əvvəlcə "Qalatasaray" liseyinden meydana "ədalət yürüşü" olacaq. Sonra Taksim meydanında "Hamımız xocalılıyıq, hamımız məhmətciyik" adlı yürüş-mitinq başlayacaq.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Xəbər lenti

Xəbər lenti