...

"Əl-Əhram International" qəzetində Xocalı faciəsi ilə bağlı geniş məqaləsi dərc edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2012 20:59 (UTC +04:00)
Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar ərəb dünyasının ən nüfuzlu qəzetlərindən biri olan "əl-Əhram International" qəzetində misirli jurnalist Nəsrin Mahranın "Xocalı faciəsi: müasir Azərbaycan tarixinin qanlı səhifəsi" adlı geniş məqaləsi dərc edilib.
"Əl-Əhram International" qəzetində Xocalı faciəsi ilə bağlı geniş məqaləsi dərc edilib

Azərbaycan, Bakı, 1 mart /Trend/

Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar ərəb dünyasının ən nüfuzlu qəzetlərindən biri olan "əl-Əhram International" qəzetində misirli jurnalist Nəsrin Mahranın "Xocalı faciəsi: müasir Azərbaycan tarixinin qanlı səhifəsi" adlı geniş məqaləsi dərc edilib.

Azərbaycanın Misirdəki səfirliyindən cümə axşamı Trend-ə veruilən məlumata görə, 1992-ci ilin 26 fevral tarixində Ermənistan Silahlı Qüvvələrinin və 366-cı sovet hərbi alayının Xocalı şəhərinə hücum etdiyini, 106-sı qadın, 63-ü uşaq, 70-i yaşlı olmaqla, 613 nəfər azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, 1275 nəfərin əsir götürüldüyünü yazan jurnalist Xocalıdan sonra ermənilərin Azərbaycan torpaqlarının 20 faizini işğal etdiklərini və minlərlə günahsız insanı öldürdüklərini və qaçqın və məcbuqi köçkün halında yaşamağa vadar etdiklərini qeyd edib.

O, Xocalı faciəsinin törədilməsi ilə Ermənistan tərəfindən Cenevrə konvensiyaları, İnsan hüquqları haqqında universal bəyannamə, Mülki və siyasi hüquqlar haqqında beynəlxalq konvensiyanın kobud şəkildə pozulduğunu bildirib.

Xocalının strateji əhəmiyyətindən və tarixindən bəhs edən jurnalist Xocalı əməliyyatının dəqiqliklə planlaşdırılmış hərbi əməliyyat olduğunu yazaraq, bu faciə ilə əlaqədar Fransa, Almaniya, Rusiya, İngiltərə və ABŞ jurnalistlərinin yazdıqlarından sitat gətirib və ermənilərin özləri tərəfindən də Xocalı qırğınlarının etiraf olunduğunu ərəbdilli oxucuların diqqətinə çatdırıb. Xocalı faciəsi ilə əlaqədar Ermənistan Prezidenti Serj Sarkisyanın məlum etiraflarından bəhs edən jurnalist Livanda yaşayan və əslən erməni olan jurnalist David Jeriyanın "Xaç naminə" kitabına istinad edərək, onun polkovnik Ohanyan adlı şəxslə birlikdə qətlə yetirilmiş azərbaycanlıları tapdalayaraq keçdiklərini və polkovnik Ohanyanın 9-10 yaşlı öldürülmüş azərbaycanlı uşağın cəsədini qəddarcasına tapdaladığını və istehza ilə David Jeriyana qorxma dediyini yazır.

Xocalı faciəsini dünyaya bəyan etmək üçün Azərbaycan tərəfindən ciddi addımların atıldığını yazan jurnalist Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə qlobal miqyasda "Xocalıya ədalət kampaniyası"nın başlandığını və dünya boyunca uğurlu fəaliyyət göstərdiyini qeyd edib.

Ermənistanın qoşunlarının qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etdiyini yazan jurnalist Ermənistanın hələ də bunlara məhəl qoymadığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti