Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir M.Əliyev/
Azərbaycan Parlamentinin birinci vitse-spiker Minsk Qrupu həmsədrlərini Dağlıq Qarabağ münaqişəsinin həllində konkret əmələ keçməyə çağırıb.
"ATƏT-in Minsk qrupu həmsədrləri bəyanatlardan konkret əməli fəaliyyətə keçməlidirlər" Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
Əsgərov bildirib, əgər həmsədrlər bəyanat verməklə gündəmdə qalmaq istəyirlərsə, Qarabağ münaqişəsinin həllində heç bir uğur olmayacaq.
"Həmsədrlər münaqişəsnin həllində maraqlıdırsa, onda təcavüzkar Ermənistana bütün təsir mexanizmlərindən istifadə edərək təsir göstərməli və onu konsktruktiv mövqeyə gəlməyinə çalışmalıdırdar. Əks halda onların fəaliyyətinin səmərəsi və uğuru olmayacaq" Əsgərov əlavə edib.