...

Ərdoğanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təklifi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Mart 2012 13:01 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Barak Obama ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların aktivləşdirilməsini təklif edib.
Ərdoğanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təklifi

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Barak Obama ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların aktivləşdirilməsini təklif edib. Bu barədə Trend "HaberTürk" qəzetinə istinadən məlumat verir.

"Türkiyə bu münaqişənin həlli üçün Azərbaycanla danışıqları aktivləşdirməyə hazırdır. Ancaq bunun üçün Fransa, ABŞ və Rusiya Ermənistana təzyiqi artırmalıdır", - Ərdoğan deyib.

Baş nazir onu da qeyd edib ki, ATƏT-in Minsk qrupu artıq 20 ildir problemin həlli yollarını tapa bilmir.

Xəbər lenti

Xəbər lenti