Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.Mehdiyev/
Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 26-da saat 17.15-dən 17.19-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Milli Ordusunun Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri atəşə tutublar.
Həmin gün erməni hərbiçilər saat 10.30-dan 10.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.30-dan 19.35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 27-də saat 01.00-dan 01.30-dək Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.
