...

Qazaxıstanın XİN rəhbəri Bakıda Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2012 17:02 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi Qazaxıstan xarici işlər nazirinin Bakıya qarşıdakı səfəri zamanı müzakirə olunacaq.
Qazaxıstanın XİN rəhbəri Bakıda Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək

Qazaxıstan, Astana, 8 may /Trend, müxbir D.Muxtarov/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi Qazaxıstan xarici işlər nazirinin Bakıya qarşıdakı səfəri zamanı müzakirə olunacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimov bildirib.

"Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanovun səfəri avqust ayının sonlarına planlaşdırılıb", - Həşimov deyib.

Onun sözlərinə görə, qazaxıstanlı nazir Azərbaycana həmkarı Elmar Məmmədyarovun dəvəti ilə gəlir.

"Səfər ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunub. Səfər çərçivəsində ötən 20 ilə yekun vurulacaq, gələcək perspektivlər müzakirə olunacaq. Görüşdəki əsas məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq", - azərbaycanlı diplomat qeyd edib.

Xəbər lenti

Xəbər lenti