...

Bu il 11 min məcburi köçkünün yeni mənzillərə köçürülməsi nəzərdə tutulur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 May 2012 13:38 (UTC +04:00)
Bu il Azərbaycanın 9 rayonunda məcburi köçkünlər üçün yaşayış evləri tikiləcək.
Bu il 11 min məcburi köçkünün yeni mənzillərə köçürülməsi nəzərdə tutulur

Azərbaycan, Ağdam, 17 may /Trend, müxbir A.Mədətov/

Bu il Azərbaycanın 9 rayonunda məcburi köçkünlər üçün yaşayış evləri tikiləcək. Bu il 11 min məcburi köçkünün yeni mənzillərə köçürülməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Baş nazirin müavini bildirib ki, Bərdə rayonunda məcburi köçkünlər üçün 195 yerlik yaşayış evlərinin tikintisinə başlanılıb.

Onun sözlərinə görə, qəsəbədə məktəb, bağça, klub, inzibati bina da tikiləcək. Komitə sədri bildirib ki, ilin sonuna kimi həmin yaşayış evləri istifadəyə veriləcək.

"Bundan başqa, Bərdə rayonu ərazisində gələn il daha 14 ədəd 10 mərtəbəli binanın tikintisinə başlanılacaq. Bunun üçün artıq torpaq sahələri ayrılıb və layihə işləri aparılır", - Həsənov əlavə edib.

Xəbər lenti

Xəbər lenti