...

Azərbaycan ABŞ-ın Rod-Aylend ştatının Dağlıq Qarabağ separatçılarını tanımasının qarşısını alacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2012 20:23 (UTC +04:00)
Azərbaycanın ABŞ-da diplomatik missiyası və bu ölkədəki Azərbaycan icmasının səyləri ilə ermənilərin Rod-Aylend ştatının qanunverici orqanının qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımasına nail olmaq cəhdlərinin qarşısı alınacaq.
Azərbaycan ABŞ-ın Rod-Aylend ştatının Dağlıq Qarabağ separatçılarını tanımasının qarşısını alacaq

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın ABŞ-da diplomatik missiyası və bu ölkədəki Azərbaycan icmasının səyləri ilə ermənilərin Rod-Aylend ştatının qanunverici orqanının qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımasına nail olmaq cəhdlərinin qarşısı alınacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

Ermənistan KİV-in məlumatına görə, Rod-Aylend ştatının Nümayəndələr Palatası ABŞ Prezidenti və Konqresini Dağlıq Qarabağda separatçı rejimin müstəqilliyini tanımağa çağıran qətnamə qəbul edib.

"ABŞ hökuməti müxtəlif səviyyələrdə dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Rod-Aylend ştatının qanunverici orqanının qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımasına nail olmaq cəhdləri - bu, yalnız ABŞ ictimaiyyətini aldatmağa cəhd edən ermənilərin səyləridir", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan diplomatiyası Azərbaycan icması ilə birlikdə bu cəhdlərin qarşısını alacaq və Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi haqqında reallıqları dünya ictimaiyyətinə çatdıracaq.

Xəbər lenti

Xəbər lenti