...

Rəsmi Bakı: NATO Dağlıq Qarabağ münaqişəsinə fəal müdaxilə etmək iradəsi nümayiş etdirmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 May 2012 13:47 (UTC +04:00)
NATO Cənubi Qafqazda həm Dağlıq Qarabağ, həm də Gürcüstan-Abxaziya münaqişəsinə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir.
Rəsmi Bakı: NATO Dağlıq Qarabağ münaqişəsinə fəal müdaxilə etmək iradəsi nümayiş etdirmir

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir M.Əliyev/

NATO Cənubi Qafqazda həm Dağlıq Qarabağ, həm də Gürcüstan-Abxaziya münaqişəsinə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bazar ertəsi keçirilən mətbuat konfransında bildirib.

Həsənov qeyd edib ki, bu gün Azərbaycanın əməkdaşlıq etdiyi NATO, ATƏT və digər təşkilatlardan çox gözləntiləri var.

"Xüsusən o təşkilatlardan ki, onlar BMT qətnamələrinin həyata keçirilməsində faktiki gücə və nüfuza malikdir. Lakin hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində real nəticə görünmür. Çünki Ermənistan hələ də qeyri-konstruktiv mövqeyini davam etdirir, işğal etdiyi torpaqlardan geri çəkilmək fikrində deyil. Bu gün Dağlıq Qarabağda sülh yaratmaq proseslərində konstruktiv mövqe ortaya qoyulmur", - PA rəsmisi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti