...

Ermənistan silahlılarının cəbhə xəttində təxribatı davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Avqust 2012 09:48 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan silahlılarının cəbhə xəttində təxribatı davam edir

Azərbaycan, Bakı, 27 avqust /Trend müxbir K.Zərbalıyeva/

Cəbhə xəttində atəşkəs pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistanın silahlı qüvvələri bu gecə Ağdam rayonunun Yusifcanlı; Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli; Goranboy rayonunun Tapqaraqoyunlu; Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti