...

Elmar Məmmədyarov Parisdə Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Sentyabr 2012 18:18 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 3-də Parisə səfər edəcək.
Elmar Məmmədyarov Parisdə Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 3-də Parisə səfər edəcək.

Trend-in məlumatına görə, bunu şənbə günü brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

"Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək", - Abdullayev bildirib.

Xəbər lenti

Xəbər lenti