Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir E.Medhiyev/
Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə öz həllini tapa bilər.
Trend-in məlumatına görə, bunu şənbə günü Bakıda jurnalistlərə Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini, Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının həmsədri xanım Svetlana Orlova deyib.
Orlova bildirib ki, Rusiya problemin ATƏT-in Minsk qrupu çərçivəsində həllinə tərəfdardır.