...

ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2012 09:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 7-də Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Jiri Aberle keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçisi Uilyam Prayor və səhra köməkçisi Xristo Xristov keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti