...

İcma üzvü: Dağlıq Qarabağın icmaları arasında dialoqunun qurulması üçün vətəndaş cəmiyyətinin üzərinə böyük iş düşür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2012 15:54 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun yaradılması üçün vətəndaş cəmiyyətinin üzərinə böyük iş düşür
İcma üzvü: Dağlıq Qarabağın icmaları arasında dialoqunun qurulması üçün vətəndaş cəmiyyətinin üzərinə böyük iş düşür

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun yaradılması üçün vətəndaş cəmiyyətinin üzərinə böyük iş düşür. Bu barədə çərşənbə günü Trend-ə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev bildirib.

"Biz Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasında maraqlıyıq və bir masa arxasında oturaraq müzakirələr aparmalıyıq", - o vurğulayıb.

Rzayev qeyd edib ki, münaqişənin həlli ilə bağlı danışıqlar prosesi müasir tələblərdən irəli gələrək qurulmalıdır.

"Danışıqlarda əsas məsələ icmalar arasında etimadın yaradılması olmalıdır. Almaniyada belə bir cəhd göstərdik, lakin ermənilər görüşə gəlmədi. Bunun da əsas səbəbi Ermənistan rəhbərliyinin Dağlıq Qarabağda yaşamış soydaşlarımızla hesablaşmaq istəməməsidir", - o deyib.

Rzayev qeyd edib ki, Ermənistan rəhbərliyinin bəyan etdiyi "etnik uyğunsuzluq" stereotipləri sındırılıb. Bunun üçün cəmiyyətin dəstəyi çox vacibdir. Bu gün beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsi kimi tanınan məsələ Azərbaycanın ərazi bütövlüyünə təcavüzdür.

"Azərbaycanlı icma üzvlərinin ilk dəfə Dağlıq Qarabağın erməni icmasının üzvləri ilə görüşə getməsi Azərbaycan cəmiyyətində mənfi qarşılanmışdı. Lakin artıq dialoqun vacibliyi önə çıxır", - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti