...

Azərbaycan XİN: Sarkisyanın bəyanatı əsl populizmdir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Dekabr 2012 18:24 (UTC +04:00)
Sarkisyanın bəyanatı əsl populizmdir. Bu barədə cümə günü Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Ermənistan Prezidenti Serj Sarkisyanın "Rossiya 24" kanalına müsahibəsini şərh edərkən bildirib.
Azərbaycan XİN: Sarkisyanın bəyanatı əsl populizmdir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyanın bəyanatı əsl populizmdir. Bu barədə cümə günü Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Sarkisyanın "Rossiya 24" kanalına müsahibəsini şərh edərkən bildirib.

"Fakt faktlığında qalır: Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindədir və dünya ictimaiyyəti Ermənistanı təcavüzkar ölkə kimi tanıyıb", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri öz bəyanatlarında status-kvonun qeyri-məqbul olduğunu təsdiq ediblər.

"Bu gün heç kəs Azərbaycanın müvafiq metodlarla öz ərazi bütövlüyünü bərpa etmək iqtidarında olduğuna şübhə etməməlidir. Hesab edirik ki, sülh danışıqları davam etdirilməlidir, danışıqların diplomatik potensialı hələ tükənməyib", - Abdullayev qeyd edib.

XİN rəsmisi bildirib ki, danışıqlarda əsas maneə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində olması faktıdır.

"Əlbəttə ki, Sarkisyanın bəyanatı daxili auditoriyaya yönəlmiş əsl populizmdir. Prezident Sarkisyan belə çıxışlarla ölkəsinin daxili və xarici siyasətində öz uğursuzluqlarına haqq qazandırmağa çalışır", - Abdullayev deyib.

O bildirib ki, Ermənistan Prezidentinin düşmənçilik bəyanatı rəsmi Yerevanın dekonstruktiv və militarist yanaşmasını bir daha nümayiş etdirir ki, bu da danışıqlar prosesinə xələl gətirir.

Onun sözlərinə görə, rəsmi Yerevan tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulduğu bir vaxtda öz prinsipial mövqeyini bildirməyən dünya ictimaiyyətinin bunu sakit tərzdə izləməsi böyük təəssüf doğurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti