Azərbaycan, Bakı, 29 dekabr /Trend/
Ermənistan hərbiçiləri dünən və bu gecə bir neçə istiqamətdə atəşkəsi pozublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı və Sarıcalı, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Qızıloba, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.