...

Dağlıq Qarabağın azərbaycanlı icması Türkiyə-Ermənistan sərhədlərinin açılacağına inanmır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Yanvar 2013 16:18 (UTC +04:00)
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi Türkiyə dövlətinin verdiyi sözün üstündən keçərək Ermənistanla sərhədləri açacağına qəti şəkildə inanmır. Bu barədə Trend-ə çərşənbə günü İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov bildirib.
Dağlıq Qarabağın azərbaycanlı icması Türkiyə-Ermənistan sərhədlərinin açılacağına inanmır

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir M.Əliyev/

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi Türkiyə dövlətinin verdiyi sözün üstündən keçərək Ermənistanla sərhədləri açacağına qəti şəkildə inanmır. Bu barədə Trend-ə çərşənbə günü İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov bildirib.

"Türkiyə dövləti bu məsələyə bir neçə dəfə yüksək səviyyədə münasibət bildirib və qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmayana qədər Türkiyə ilə Ermənistanın sərhədləri açılmayacaq və bu məsələ müzakirə mövzusu olmayacaq", - o deyib.

Əkbərov qeyd edib ki, müxtəlif dairələr tərəfindən sərhədlərin açılması təşəbbüsü dəfələrlə irəli sürülüb: "Ermənilərin bu məsələdə ajiotaj, daha sülhməramlı görüntü yaratmaq cəhdləri populist hərəkətlərdir. Belə təşəbbüslər dəfələrlə irəli sürülüb, lakin uğursuz nəticələnib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti