...

Erməni diasporu beynəlxalq arenada Azərbaycana qarşı kampaniya aparır – ESISC mərkəzinin məruzəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Yanvar 2013 16:57 (UTC +04:00)
Erməni diasporu özünün lobbiçilik səyləri sayəsində bütün dünyada Azərbaycanın zərərinə Ermənistanın maraqlarını uğurla müdafiə edir.
Erməni diasporu beynəlxalq arenada Azərbaycana qarşı kampaniya aparır – ESISC mərkəzinin məruzəsi

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir E Tariverdiyeva/

Erməni diasporu özünün lobbiçilik səyləri sayəsində bütün dünyada Azərbaycanın zərərinə Ermənistanın maraqlarını uğurla müdafiə edir. Trend-in məlumatına görə, bu barədə Brüsseldə yerləşən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Analitik Mərkəzi (ESISC) yazır.

ESISC analitikləri hesab edirlər ki, 907-ci düzəliş - azadlığa dəstək aktı (ABŞ-ın Azərbaycana maliyyə köməyi göstərməsini qadağan edən Birləşmiş Ştatlar qanunudur) və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin layihəsinə və Cənub qaz dəhlizinə qarşı kampaniya belə təsirin ən aşkar nümunələrindəndir. Bu barədə "PR Newswire" yazır.

Təbliğat kampaniyası Azərbaycanı mənfi qələmə vermək və eyni zamanda Ermənistanın yaxşı möhkəmləndirilmiş demokratiya imicinin irəliləyişi üçün aparılır.

"Ermənistan Yerevan barəsində ABŞ-da və Avropada siyasi gündəliyə nəzarət etmək üçün təsir qruplarından istifadə edir", - məruzədə deyilir.

"Bakının beynəlxalq yardımdan təcrid edilməsi və onun təcrid edilmiş ölkə kimi təsvir edilməsi erməni lobbisinin bütün dünyada həyata keçirdiyi tədbirlərdən yalnız bəziləridir", - avropalı analitiklər yazır.

Məruzəyə görə, Azərbaycan müstəqillik əldə etdiyi andan öz ərazi bütövlüyü uğrunda, eləcə də yoxsulluqla və daxili terrorizm riski ilə mübarizə aparmağa məcbur olub.

Bununla yanaşı, məruzə müəlliflərinin fikrincə, erməni lobbisi ölkəni beynəlxalq yardımdan təcrid etməklə müvafiq olaraq güclü vətəndaş cəmiyyətinin quruculuğu prosesini yubatmağa nail olub.

Məqalə müəllifləri yazır ki, Ermənistan əvvəllər olduğu kimi 1990-cı illərin əvvəllərində Sovet İttifaqının süqutundan sonrakı dövrdə separatçı erməni hərbi qruplaşmalarının silahlı təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik yeddi rayon daxil olmaqla, Azərbaycan ərazilərinin 20 faizə yaxınını işğal etməkdə davam edir.

Məruzədə deyilir ki, buna baxmayaraq Bakı yoxsulluq və terrorizmin öhdəsindən uğurla gəlir. Dünya bankının məlumatına görə, Azərbaycan 2001-2011-ci illərdə yoxsulluğun səviyyəsini 50 faizdən 7,6 faizədək azaltmağa nail olub. Bunlar işsizliyin səviyyəsinin 4,2 faizədək azaldılması və sosial islahatların həyata keçirilməsi sayəsində mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti