...

Mövqelərimiz Ermənistan ərazisindən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2013 10:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/

Cəbhə xəttində gərginlik davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Kəngərli, Şıxlar, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti