...

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri prezidentlərin görüşünə hazırlıq məsələlərini müzakirə edəcəklər (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyun 2013 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir S. Ağayeva/

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri prezidentlərin görüşünə hazırlıq məsələlərini müzakirə etmək üçün iyunun sonunda görüşəcəklər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Məmmədyarovun sözlərinə görə, Vaşinqtona səfərdən dönərkən Londonda ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minks qrupunun həmsədrlərilə görüşüb. Görüşdə dövlət başçılarının qarşıdakı görüşünün tarixi və gündəliyi müzakirə edilib: "Prezidentlərin görüşünün məqsədi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının ciddi məsələlərinin müzakirə edilməsidir. Mən prezidentlərin görüşünə hazırlıq məsələlərini hərtərəfli müzakirə etmək üçün Ermənistanın xcarici işlər naziri Edvard Nalbandyan ilə görüşü gözləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti