...

Nazim İbrahimov: Dağlıq Qarabağın erməni əhalisi münaqişənin həllindən sonra Azərbaycanın bərabərhüquqlu vətəndaşları olacaq (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2013 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılandan, hər kəs öz doğma torpağına qayıdandan sonra Dağlıq Qarabağın erməni əhalisi də bizim bərabərhüquqlu vətəndaşlarımız olacaq. Trend-in məlumatına görə, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun ali səviyyəli toplantısının yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

N.İbrahimov qeyd edib ki, bunun üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır: "Biz hər kəsin yaratmaq istədiyi cəmiyyətin artıq Azərbaycanda qurulduğunu görürük".

Onun sözlərinə görə, toplantıda bir sıra məsələlərlə yanaşı, qapalı şəraitdə keçən iclaslarda siyasi konfliktlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub: "Azərbaycan dünyada mövcud olan ən yüksək səviyyədə muxtariyyəti Dağlıq Qarabağa verməyə hazırdır. Bu, hətta toplantıda iştirak edən qonaqların da təəccübünə səbəb oldu ki, ermənilər bundan artıq daha nə gözləyə bilər?"

Komitə sədri onu da qeyd edib ki, ali toplantıda Finlandiya və İsveçin Aland adaları probleminin həlli modelinin Dağlıq Qarabağa şamil edilməsi məsələsi də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti