...

Azərbaycan əraziləri Ermənistan tərəfindən müntəzəm atəşə tutulur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Sentyabr 2013 09:55 (UTC +04:00)
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən müntəzəm atəşə tutulması davam edir.
Azərbaycan əraziləri Ermənistan tərəfindən müntəzəm atəşə tutulur

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən müntəzəm atəşə tutulması davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti