Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İ.İzzət/
Cəbhə xəttində atəşkəs rejimi pozulub.
Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Kəmərli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Şıxlar, Nəmirli, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz kəndləri yaxınlığında, Göygöl və Daşkəsən rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.