...

Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair qətnamə layihəsi BMT Baş Assambleyasının 68-ci sessiyasının gündəliyinə salınıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Sentyabr 2013 12:31 (UTC +04:00)
“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM məkanında davam edən münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri” adlı qətnamə layihələri BMT Baş Assambleyasının 68-ci sessiyasının gündəliyinə salınıb.
Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair qətnamə layihəsi BMT Baş Assambleyasının 68-ci sessiyasının gündəliyinə salınıb

Azərbaycan, Bakı, 19 sentyabr / Trend, müxbir S.Əhmədova /

"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM məkanında davam edən münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri" adlı qətnamə layihələri BMT Baş Assambleyasının 68-ci sessiyasının gündəliyinə salınıb. Trend-in məlumatına görə, bu barədə BMT-nın rəsmi internet saytı xəbər verir.

Qeyd edək ki, BMT-nin 68-ci sessiyanın rəsmi açılışı sentyabrın 17-də Nyu-Yorkda baş tutub.

Baş Assambleyasının 68-ci sessiyasında Azәrbaycan nümayәndә heyәtinə xarici işlər naziri Elmar Mәmmәdyarov rәhbәrlik edәcәk.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti