...

Elmar Məmmədyarov: Əgər Yerevan beynəlxalq normalara əməl edərsə, rəsmi Bakı Ermənistana kömək etməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2013 06:28 (UTC +04:00)
Cənub Qaz Dəhlizi Avropa üçün yeni mənbədir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Elmar Məmmədyarov: Əgər Yerevan beynəlxalq normalara əməl edərsə, rəsmi Bakı Ermənistana kömək etməyə hazırdır

ABŞ, Nyu-York, 26 sentyabr /Trend, xüsusi müxbir E.Vasilyeva/

Cənub Qaz Dəhlizi Avropa üçün yeni mənbədir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Nyu-Yorkda keçirilən Xəzər forumunda müzakirələr zamanı bildirib.

Onun sözlərinə görə, əgər layihə 2019-cu ildə yekunlaşsa, növbəti onillik ərzində Azərbaycan bundan böyük mənfəət götürəcək.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə gəlincə, bu, "dondurulmuş" münaqişə deyil. Bu, layihənin başa çatdırılmasına mane ola biləcək problemdir. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib, etnik təmizləmə aparılıb. Lakin bundan sonra dayanıqlı inkişafımızı necə təmin edəcəyimiz haqqında pozitiv fikirlərim var. Söhbət yalnız neft və qazdan deyil, ümumilikdə, regionun inkişafından gedir. Bu, bizim erməni qonşularımıza bir mesajdır. Rəsmi Bakı Ermənistana kömək etməyə hazırdır, lakin Yerevan beynəlxalq normalara əməl etməlidir. Bundan sonra onlar da bizim layihələrə qoşula bilərlər".

Məmmədyarov əlavə edib ki, qaz bilavasitə istehlakçılara çatdırılmalıdır ki, bu, müvəffəqiyyətin rəhni ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti