...

Elmar Məmmədyarov: Münaqişələrin həlli üzrə təşəbbüslər beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2013 14:29 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində “Qoşulmama hərəkatı: beynəlxalq səviyyədə qanunun aliliyinin təmin edilməsi naminə əməkdaşlıq” adı altında keçirilən Qoşulmama hərəkatının (QH) xarici işlər nazirlərinin görüşündə iştirak edib.
Elmar Məmmədyarov: Münaqişələrin həlli üzrə təşəbbüslər beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində "Qoşulmama Hərəkatı: beynəlxalq səviyyədə qanunun aliliyinin təmin edilməsi naminə əməkdaşlıq" adı altında keçirilən Qoşulmama Hərəkatının (QH) xarici işlər nazirlərinin görüşündə iştirak edib.

Trend-in XİN-in saytına istinadən verdiyi məlumata görə, görüşdə çıxış edən nazir Elmar Məmmədyarov BMT-dən sonra dünya dövlətlərinin ikinci ən böyük birliyi olan QH-nin siyasi məsləhətləşmələr və praktiki əməkdaşlıq üçün geniş forum rolunu oynadığını bildirmişdir.

Soyuq müharibə başa çatdıqdan sonra QH-nin rolunun azalması barəsindəki fikirlərin əksinə olaraq, QH-nin bu gün iyirmi birinci əsrə xas olan təhdidlərin qarşısının alınmasında səmərəli fəaliyyət göstərdiyini deyən nazir Elmar Məmmədyarov, QH-nin əsas məqsəd və məramının beynəlxalq münasibətlərdə ədalət və bərabərliyin və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin təmin olunması olduğunu vurğulamışdır.

Nazir Azərbaycanın QH-nin üzv dövləti kimi beynəlxalq hüquq və qanunun aliliyinə əsaslanan beynəlxalq düzənin tərəfdarı olduğunu qeyd edərək demişdir: "Son illərdə milli və beynəlxalq səviyyələrdə qanunun aliliyinin əhəmiyyətinə verilən beynəlxalq diqqət artmışdır. Amma qanunun aliliyinə münasibətdə vahid yanaşmanın təmin edilməsi, beynəlxalq düzənin əsasını sarsıdan hədə və təhdidlərin və dövlətlərin milli birliyi, ərazi bütövlüyü və sabitliyinə təhlükə doğuran və insan hüquqlarına hörmətsizlik yaradan amillərin aradan qaldırılması üçün daha böyük səylərə ehtiyac var".

E.Məmmədyarov münaqişə tərəflərinin beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinin yerinə yetirməsinin mütləq əhəmiyyət kəsb etdiyini qeyd edərək əlavə etmişdir ki, münaqişələrin həlli üzrə təşəbbüslər və vasitəçilik missiyaları sülh və ədalətə və beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır.

Azərbaycanın beynəlxalq səviyyədə qanunun aliliyinin təmin olunması üçün əməkdaşlığın canlandırılması naminə praktiki və konkret addımlar atmağa hazır olduğunu deyən nazir Elmar Məmmədyarov, QH-nin 16-cı Zirvə toplantısının Yekun sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına münasibətdə ifadə olunmuş qəti dəstəyə görə QH üzv dövlətlərinə təşəkkürünü bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti