...

Mübariz Əhmədoğlu: Dünya xristianlığının təhtəlşüurunda Dağlıq Qarabağ tənzimlənməsi üzrə dəyişikliyin baş verməsi Azərbaycan üçün hədsiz müsbət məna daşıyır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Noyabr 2013 11:29 (UTC +04:00)
Xristian dünyasının Azərbaycana münasibətində mühüm və qarşılıqlı faydalı dəyişikliklər baş verir. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: Dünya xristianlığının təhtəlşüurunda Dağlıq Qarabağ tənzimlənməsi üzrə  dəyişikliyin baş verməsi Azərbaycan üçün hədsiz müsbət məna daşıyır

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.Mehdiyev/

Xristian dünyasının Azərbaycana münasibətində mühüm və qarşılıqlı faydalı dəyişikliklər baş verir. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu qeyd edib ki, ermənilər Ümumdünya Kilsələr Şurasının növbəti konqresinin gündəliyinə "erməni soyqırımı"nın və Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələlərini daxil etmişdilər. Dağlıq Qarabağın müstəqilliyinin tanınması nisbətən ehtiyatlı formulda idi. Ümumdünya Kilsələr Şurası Dağlıq Qarabağın tanınması ilə bağlı sənədi qəbul etmədi, "erməni soyqırımı"nın tanınması barədə sənədi isə təəssüf ki qəbul etdi. Ümumdünya Kilsələr Şurasının iclasında ermənilər Erməni Apostol Kilsəsinin başçısı II Qareginin başçılıq etdiyi geniş nümayəndə heyəti ilə təmsil olunmuşdılar. Yüksək Kilikiya Evinin başçısı I Aram da tam səlahiyyətllə iclasa qatılmışdı. İclasda Türkiyədən qonaq statusu ilə iştirakçı var idi. Azərbaycandan heç kim iştirak etmirdi. Maraq üçün deyək ki, Ümumdünya Kilsələr Şurasının iclasları hər 7 ildən bir keçirilir".

Politoloqun fikrincə, Ümumdünya Kilsələr Şurasının Dağlıq Qarabağın müstəqilliyini tanımaması addımı dünya xristianlığının Azərbaycana müsbət jesti kimi qəbul edilə bilər: "Həmin ərəfələrdə Vatikanın və Rus Pravoslav Kilsəsinin yüksək nümayəndələrinin Azərbaycanda səfərdə olması diqqəti çəkir. Dünya xristianlığının təhtəlşüurunda Dağlıq Qarabağ tənzimlənməsi üzrə dəyişikliyin baş verməsi Azərbaycan üçün hədsiz müsbət məna daşıyır. Bu, Azərbaycan rəhbərliyinin Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq istiqamətində mühüm uğurudur".

M.Əhmədoğlu qeyd edib ki, eyni zamanda, bu, ermənilərin Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün xristan faktorundan istifadə cəhdlərinin də iflasa uğradığını göstərdi: "İndiki Ermənistan əməlləri ilə xristianlığa ləkədir. Real xristianlıqda həqiqi cavabını alan Ermənistan indi "Amerika xristianlığı" termini icad edib. Yeni yaratdıqları Erməni-amerikan xristianlıq təşkilatı ilk bəyanatında S.Sarkisyanın haqsız hərəkətlərini müdafiə etdi. Vaxtilə S.Sarkisyan ABŞ-da olarkən Ermənistanı "xristianlığın Şərqdə ən son qalası" adlandırmışdı. Erməni-amerikan xristianlığı cəmiyyəti bu ideya üstündə qurulub. Hər halda bu ideyanın da məğlubiyyətə uğrayacağına inanırıq".

Politoloq qeyd edib ki, Ermənistanın dünyada ilk xristian dövlət olması ideyasını Vatikan rədd etdi. Onun sözlərinə görə, Rus Pravoslav Kilsəsinin də erməni xristianlığına münasibəti doğma deyil: "Serj Sarkisyanın rəhbərliyi davam etdikcə erməni xalqının təkcə dövləti deyil, mənəviyyatı da dağılır. Azərbaycanın xristian dünyası ilə əlaqələri daha da möhkəmlənəcəyi şəksizdir. Bu, bizim xalqımızın genindən, tarixindən gələn məsələdir. İndi Azərbaycanda bu sahədə işlər sistemli şəkildə həyata keçirilir və dünyaya çatdırılır. Nəticə göz qabağındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti