...

ATƏT sədri: Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki insidentlər narahatlıq doğurur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Yanvar 2014 13:47 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki insidentlər narahatlıq doğurur.
ATƏT sədri: Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki insidentlər narahatlıq doğurur

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir S.Əhmədova/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki insidentlər narahatlıq doğurur. Trend-in məlumatına görə, bunu ATƏT-ə sədrlik edən İsveçrənin xarici işlər naziri, təşkilatın fəaliyyətdə olan sədri Didye Burkhalter cümə axşamı ATƏT-in Daimi Şurasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşündən sonra yüksəksəviyyəli əlaqələr intensivləşib.

ATƏT sədrinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinə dair son həftələrdə ümidverici amillər artıb.

D.Burkhalter qeyd edib ki, İsveçrənin ATƏT-dəki sədrliyi Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləyir. O, ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti və ekspertləri arasında əlaqələrin qurulmasını təşviq edəcəyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti