...

Minsk qrupu Rusiyada Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında dialoqun yeni yollarını müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Mart 2014 10:09 (UTC +04:00)
ATƏT-in Minsk qrupu Rusiyada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını və münaqişə tərəfləri arasında dialoqun yeni yollarını müzakirə edəcək.
Minsk qrupu Rusiyada Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında dialoqun yeni yollarını müzakirə edəcək

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.Tariverdiyeva/

ATƏT-in Minsk qrupu Rusiyada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını və münaqişə tərəfləri arasında dialoqun yeni yollarını müzakirə edəcək. Trend-in məlumatına görə, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik çərşənbə günü "Twitter" sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.

C.Uorlik qeyd edib: "Rusiyada Dağlıq Qarabağla bağlı bugünkü görüşü səbirsizliklə gözləyirik və Fransa ilə birlikdə münaqişənin dinc yolla nizamlanması məsələləri üzərində çalışırıq".

Onun sözlərinə görə, Ermənistan XİN-in rəhbəri Edvard Nalbandyanla danışıqlar bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına can atdığını təsdiq edir.

Uorlik yazır: "Dialoq variantlarının axtarışını davam etdirəcəyik".

Martın 11-də Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üzrə danışıqlar prosesində mümkün irəliləyişlər ətrafında müzakirə davam etdirilib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 10-da Fransanın paytaxtı Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması ilə bağlı narahatlıq ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti