...

Cəbhə xəttində erməni silahı susmaq bilmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 May 2014 10:57 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhə xəttində erməni silahı susmaq bilmir

Azərbaycan, Bakı, 10 may /Trend/

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Bu barədə Trend Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti