• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Gündəm
  • Dağlıq Qarabağ Münaqişəsi

Çexiya mətbuatında Dağlıq Qarabağ münaqişəsinə aid üç məqalə dərc edilib

23 İyun 2014 16:51 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici ölkə QHT-ləri üçün elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biri olan Çexiyanın "Təhsil və Tolerantlığın Təşviqi Mərkəzi" həyata keçirdiyi "Azərbaycan mirvarisini kəşf edək" layihəsi çərçivəsində tədbirlərini davam etdirir.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sürətlə inkişaf edən Azərbaycanı müasir Avropanın ayrılmaz hissəsi kimi Çexiya ictimaiyyətinə təqdim edən "Təhsil və Tolerantlığın Təşviqi Mərkəzi" ölkəmizin dövlət müstəqilliyinin ilk illərindən üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayırır. Belə ki, Mərkəzin ekspertləri Çexiyanın nüfuzlu informasiya portallarından biri olan www.lidovy.cz saytında "Dağlıq Qarabağ: təcavüzkar Ermənistan cəzasız qalıb" adlı məqalədə münaqişənin səbəb və nəticələrinə toxunaraq, onun konkret olaraq Azərbaycana və bütövlükdə regional əməkdaşlığa necə böyük ziyan vurduğunu, eləcə də təcavüzkar Ermənistanın ayrı-ayrı supergüclər tərəfindən ədalətsizcəsinə dəstəkləndiyini açıqlayıblar. Məqalədə qeyd edilir ki, münaqişənin həllinin onilliklər boyu uzadılması ATƏT-in sülhyaratma institutlarının qeyri-effektiv fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməlidir.

Mərkəz ekspertlərinin digər bir internet resursu www.denik saytında dərc etdikləri "Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinə necə mane olur" adlı məqalədə böyük insan tələfatlarına və dağıntılara səbəb olmuş bu münaqişədə keçmiş imperiya mərkəzinin oynadığı rol yetərincə işıqlandırılır. Məqalədə qeyd edilir ki, Azərbaycan tərəfinin sülhpərvər addımlarına baxmayaraq, münaqişə daimi gərginlik ocağı kimi kənardan idarə edilir və atəşkəs rejimində də hərbçilərin və cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların öldürülməsi davam edir.

"Təhsil və Tolerantlığın Təşviqi Mərkəzi"nin ekspertləri layihə çərçivəsində daha bir məqaləni Xocalı soyqırımı haqqında hazırlayaraq nəşr ediblər. Çexiyanın ən çox oxunan www.ceşke.moviny saytında dərc olunmuş "20 il öncə törədilmiş Xocalı soyqırımının aktuallığı" məqaləsində 1992-ci il Xocalı qətliamının təfsilatı açıqlanır. Məqalədə qeyd edilir ki, erməni silahı birləşmələri Dağlıq Qarabağda yerləşən nizami rus hərbi alayının köməyi ilə gecə hücum edərək dinc şəhəri yerlə-yeksan etmiş, minlərlə sakini vəhşicəsinə qətlə yetirmişlər. Məqalədə Xocalı faciəsinin bir sıra dünya ölkələri tərəfindən azərbaycanlılara qarşı soyqırımı kimi tanındığı və 26 fevral tarixinin Azərbaycan xalqı üçün böyük hüzn günü olduğu vurğulanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Çexiya mətbuatı
  • Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Azernews Newspaper
Digər xəbərlər
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan tədbir keçirib
Siyasət 29 Mart 14:24
Ötən il 500-ə yaxın QHT layihəsi maliyyələşdirilib (FOTO)
Cəmiyyət 26 Yanvar 20:00
Türkmənçay müqaviləsi ilə bağlı elmi konfrans keçirilib (FOTO)
Cəmiyyət 14 Dekabr 2017 19:17
Şura 2016-cı ilin yekunlarını müzakirə edib
Cəmiyyət 16 Yanvar 2017 19:20
“Parlaq Zəka” məktəblilərarası çempionat layihəsinin seçim turları yekunlaşıb (FOTO)
Cəmiyyət 29 Noyabr 2016 19:15
Vətənpərvərlik layihəsinə yekun vurulub (FOTO)
Cəmiyyət 23 Noyabr 2016 19:20
Apellyasiya Komissiyası QHT-lərin maliyyə ilə bağlı müraciətlərinə baxıb (FOTO)
Cəmiyyət 14 Oktyabr 2016 19:29
Milli qəhrəmanların tanıdılmasında və təbliğində QHT-lərin rolu müzakirə olunub (FOTO)
Cəmiyyət 21 Sentyabr 2016 18:49
“Hökumət - vətəndaş cəmiyyəti dialoq platforması”nın təsis yığıncağı keçiriləcək
Siyasət 8 Sentyabr 2016 16:21
Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin müzakirəsi keçirilib (FOTO)
Biznes və iqtisadiyyat xəbərləri 27 İyul 2016 16:31
QHT-lər arasında atıcılıq çempionatı keçiriləcək
Cəmiyyət 11 Aprel 2016 15:47
Bakıda "Xocalıda qırmızı mələk" tamaşasının premyerası olub (FOTO)
Mədəniyyət 22 Fevral 2016 21:10
Qəbələdə QHT-lər üçün təlim keçirilib (FOTO)
Cəmiyyət 25 Yanvar 2016 19:28
Vaşinqtonda Qarabağ haqqında virtual sərginin və kitabın təqdimetmə mərasimi keçirilib (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 23 Oktyabr 2015 16:25
Avropanın media nümayəndələri və tanınmış bloqerləri Azərbaycandadır
Cəmiyyət 19 Oktyabr 2015 15:57
Fransanın məşhur jurnalında Aİ-Azərbaycan münasibətlərinə dair məqalə dərc olunub
Siyasət 21 İyul 2015 17:30
Azay Quliyev: Avropa Oyunları ilə bağlı 30-dək QHT-nin layihəsi dəstəklənib (FOTO)
Baku 2015 : EUROGAMES 30 İyun 2015 17:24
Avropanın nüfuzlu KİV-ləri: Azərbaycanın dünyəvilik modeli digər dövlətlər üçün də nümunə ola bilər
Cəmiyyət 25 İyun 2015 16:57
Ən çox oxunanlar
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni üzvlərini təyin edib
Yeni nazir: Bütün istiqamətlərdə şəffaflıq tam təmin ediləcək (FOTO)
Serj Sarkisyan istefa verdi: "Mən səhv etdim" (YENİLƏNİB)
Nəzər nöqtəsi
Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır

Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır

Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...
Elxan Süleymanov: AŞ PA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter